PSJ-nin gənc hücumçusu Mbappe Neymarla münasibətləri haqqında danışıb.
Futbolda.az xəbər verir ki, ulduz futbolçu Neymarın "Ballon d'Or"u qazanmasına yardım etmək istədiyini bildirib:
"Neymar meydanda onunla rahat anlaşmağa imkan verən texniki keyfiyyətlərə sahibdir. Burada olduğum müddətdə mənə çox yardım etdi. Mən də onun "Qızıl top"u qazanması üçün əlimdən gələni edəcəyəm. Amma, təbii ki, əsas olan komandanın uğurlu çıxışıdır".