"Çelsi" ilə Çempionlar Liqasını qazanan Roberto Di Matteo milli komandamıza rəhbərlik edə bilər.
Futbolda.az xəbər verir ki, bu iddia ilə "Tuttomercato" nəşri çıxış edib. Nəşrin iddiasına görə, artıq AFFA rəhbərliyi italiyalı mütəxəssislə əlaqə saxlayıb. Ona milli komandada baş məşqçi postu təklif olunub.
Di Matteonun bu təklifi necə qarşıladığı haqda məlumat verilmir. Xatırladaq ki, "Çelsi" tarixində yeganə ÇL kubokunu məhz Roberto Di Matteonun rəhbərliyi altında qazanıb.