Qurban Qurbanov milliyə gətirilir?

Futbolda

28 Oktyabr 2017 0

Robert Prosineçkinin millimizdən ayrılmasından sonra bir çox insanlar Qurban Qurbanovun yığmamıza başçılıq etməli olduğuna dair fikirlər söyləməyə başlayıb. 

Futbolda.az oxu.az saytına istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən təcrübəli mütəxəssis ən düzgün qərarın AFFA tərəfindən veriləcəyini bildirib:

“Hansısa fikir bildirməyim “Atetiko” ilə oyunöncəsi fikrimizi yayındıra bilər. Bu, böyük rezonans doğura bilər. Buna oyundan sonra baxarıq (gülür). Açığı Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. İndi mənim hansısa fikir bildirməyim bir qədər hörmətsizlik olar. Qarşıda hələ vaxt var. Ən düzgün qərarı AFFA verəcək. Gəlin, bu barədə hələ danışmayaq, qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikrimizi bildirməliyik. Hamımız Azərbaycan futbolunun gələcəyi üçün birgə addım atmalıyıq. Sizdən xahişim odu ki, bu cür suallarla mənim fikrimi yayındırmayın. Bu gün komandada zədəlilərlə bağlı yetərincə problem var.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur