AFFA Argentina millisi ilə oyundan imtina edib

Futbolda

23 Oktyabr 2017 0

AFFA Argentin millisi oyundan imtina edib.

Futbolda.az qol.az saytına istinadən xəbər verir ki, Argentina milli komandasının agentləri Azərbaycan millisi ilə yoxlama matçı keçirmək üçün AFFA-ya təklif irəli sürüblər.

Argentina noyabrın 11-də Rusiyada bu ölkənin millisiylə keçirəcəyi oyun ərəfəsində bu matçın təşkilini istəyib. Amma AFFA bu görüşdən imtina edib.

Buna səbəb kimi vaxt məhdudiyyəti və millinin əsasını təşki edən “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu göstərilib. 

“Qısa vaxt ərzində Argentina kimi milliyə qarşı komanda hazırlamaq çox çətin məsələdir. İkincisi, həmin ərəfədə “Qarabağ”ın həm Premyer Liqada, həm də Çempionlar Liqasında oyunu olduğundan Argentina ilə yoxlama matçının keçirilməsi məsləhət görülmədi”.

Argentina agentlərinin AFFA-ya yoxlama oyunu təklifi etməsi ilə bağlı ilk xəbəri azerisport.com saytı yayıb.

Oxşar Xəbərlər


Futbol dünyasından ən maraqlı xəbər və məqalələri bizdən oxumağa dəvətlisiniz. İndi hər bir oxucumuz həm də xəbər və məqalələrin yazarı olacaq.

Futbolda 2020 - Bütün hüquqlar qorunur