Thoma Müller bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.
Futbolda.az xəbər verir ki, son Bundesliqa oyununda zədə alan 28 yaşlı futbolçunun 5-6 həftə komandasına kömək edə bilməyəcəyi məlum olub.
Zədə səbəbi ilə Müller Çempionlar Liqasında “Seltik” (31 oktyabr), Bundesliqada “Borussiya” (Dortmund) (4 noyabr) və Çempionlar Liqasında "Anderlext”lə (22 noyabr) matçları buraxacaq.