Bayern klubunun sezon sonuna qədər yeni baş məşqçi ilə razılığa gəlib.
Futbolda.az Alman mətbuatına istinadən xəbər verir ki, Bayern rəhbərliyi klubun keçmiş baş məşqçisi olmuş Jupp Heynckes ilə mövsüm sonuna qədər razılığa gələ bilib. Bayern klubundan ayrıldıqdan sonra təqaüdə çıxan 72 yaşlı mütəxəssis yenidən kluba qayıtmağa razı olub.
Qeyd edək ki, Jupp Heynckes 2013-cü ildə Bayern ilə Çempionlar Liqası, Liqa və ölkə kubokunu qazana bilmişdir.