Pep Guardiola "Bayern" klubunun yeni baş məşqçisinin kim olduğunu artıq bilir.
Futbolda.az xəbər verir ki, Bayern klubuna gələcək yeni baş məşqçinin kimliyini Pep Guardiola artıq bilir. Bu haqda klub prezidenti öz açıqlamasında məlumat verib.
"Guardiola ilə bir yerdə görüşdük və ona kluba gətirəcəyimiz yeni baş məşqçinin kimliyini bildirdim. O, gələcək məşqçidən çox razı olduğunu bildirdi."
Son məlumatlara görə Bayern klubuna təyin olunacaq yeni baş məşqçinin keçmiş "Borussiya Dortmund" klubunun məşqçisi Thomas Tuchel olacağı deyilir.