Rusiya millisi bu gün Konfederasiyalar Kuboku 2017 çərçivəsində son qrup oyununa çıxır. Meksika millisi ilə baş tutacaq oyunda Rusiya millisinə yalnız qələbə lazımdır. Son oyunda Portuqaliya millisinə minimal hesabla məğlub olan Rusiya hazırda qrupda üçüncü pillədə qərarlaşıb. Son iki oyundan dörd xal toplayan Meksika isə bu oyunda məğlub olmadığı halda yarım-final mərhələsinə vəsiqə qazancaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.